Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, fond yalnız Avropa daxilində edilən satınalmalar üçün istifadə olunacaq, İsrail ciddi satınalma qaydalarına görə xaric ediləcək.
Brüsseldə açıqlanan təklif layihəsinə görə, 150 milyard avroluq kredit fondu yalnız Aİ və Avropa Azad Ticarət Birliyi (EFTA) ölkələrində istehsal olunan müdafiə sistemlərinin alınması üçün istifadə edilə bilər.
EFTA Norveç, İsveçrə, İslandiya, Lixtenşteyn və Ukraynanı əhatə edir.
Qalan 35% isə yalnız Aİ ilə təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq sazişi imzalamış ölkələrdən satınalmalara ayrılacaq. Cənubi Koreya, Yaponiya və Böyük Britaniyanın bu sazişə daxil edilməsi, ABŞ-nin isə fonddan kənarda qalması gözlənilir. Türkiyənin vəziyyəti hələ də bəlli deyil.
Sevinc Əliyeva
Ordu.az