Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
ASELSAN-ın ASELPOD-u ilə uçan F-16 real sursat olan qanadının altındakı sarı zolaqlı AGM-84K SLAM-ER tipli sursatla da poza verib.
Nazirlikdən verilən açıqlamada bildirilib ki, 181-ci Eskadrilya Komandanlığının “Pars”ları dostlara güvən, düşmənə qorxu aşılamaq üçün müasir sursatlardan istifadə edərək, təlimlərini fasiləsiz davam etdirir.
Bu yaxınlarda ABŞ-nin Nevada ştatında keçirilən dünyanın ən əhəmiyyətli təlimlərindən biri olan 132-ci Eskadrilya F-16 ASELPOD təyyarəsi ilə “Red Flag”da iştirak edib. Ümumilikdə 5 ədəd F-16-nın iştirak etdiyi manevrdə Türkiyə Hərbi Hava Qüvvələri Mavi Dost Qüvvələr qismində iştirak edib.
ASELSAN tərəfindən hazırlanan ASELPOD yüksək performanslı termal və gündüz kameraları ilə gecə və gündüz şəraitində “hava-hava”, “hava-yer” rejimlərində yüksək keyfiyyətli təsvirlər təqdim edə bilir. Eyni zamanda, üstün məsafə performansı ilə çox uzaq məsafələrdən yerüstü və hava hədəflərini aşkar edib müəyyən edə bilir.
Sevinc Əliyeva
Ordu.az