“Embraer” “Avalon Australian International Airshow 2025”də iştirak edir

2025/03/1742712611.jpg
Oxunub: 725     16:48     27 Mart 2025    
“Embraer” 2025-ci il martın 25-30-da “Avalon Australian International Airshow”da iştirak edərək, kommersiya və biznes aviasiya portfelini nümayiş etdirir.

Ordu.az xəbər verir ki, şirkətin Avstraliyadakı “ayaq izi” bu il “Virgin Australia”ya planlaşdırılan 8 E190-E2 təyyarəsinin çatdırılması ilə genişlənəcək.

Hazırda Avstraliyada təxminən 50 “Embraer E-Jets” və 20 biznes təyyarəsi fəaliyyət göstərir.

Region “Alliance Airlines”, “Airnorth”, “National Jet Express” və “Air Kiribati” kimi operatorları ilə Asiya-Sakit okean bazarında ən böyük “E-Jet” parkalrından birinə ev sahibliyi edir.

“Virgin Australia” 2024-cü ilə qədər parkını yeniləmə strategiyasının bir hissəsi olaraq 8 E190-E2 üçün dəqiq sifariş verib.

Tədarüklərin 2025-ci ilin ikinci yarısında başlaması və təyyarələrin Pertdə yerləşdirilməsi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Embraer   Avalon-Australian-International-Airshow-2025  


Bizi "telegram"da izləyin