SOM-J raketi susqunluğunu belə pozdu - VİDEO

2025/03/1742571425.jpg
Oxunub: 826     19:36     21 Mart 2025    
TÜBİTAK-SAGE və ROEKTSAN ilə əməkdaşlıq çərçivəsində inkişaf etdirilən SOM-J qanadlı raketi iddialı atış sınağı ilə səssizliyini pozub.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

SOM-J atış zamanı hədəf dəniz platformasını uğurla vurub.

Pilotlu və pilotsuz döyüş təyyarələrinin daxili silah stansiyalarına uyğun olaraq inkişaf etdirilən SOM-J Havadan Atılan Qanadlı Raketi (ALCM) arzu edilən qabiliyyət artımlarının həyata keçirilməsi səbəbiylə bir müddət səssizliyə qapılmışdı.

İnkişaf fəaliyyətlərinin tamamlanmasının ardından dəniz platformalarını vurma qabiliyyəti qazanan SOM-J iddialı atış sınağı ilə səssizliyini pozub.

Sınaq ssenarisi çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələrinin 401-ci Sınaq Eskadrilya Komandanlığına aid “F-16 Fighting Falcon” döyüş təyyarəsindən SOM-J atılıb.

Təyyarədən buraxıldıqdan sonra hədəf dəniz platformasına doğru irəliləyən, döyüş başlığı olmayan SOM-J hədəfi tam orta nöqtədən vurmağı bacarıb.



Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SOM-J   Türkiyə  


Bizi "telegram"da izləyin