"Şençjou-19" ekipajı üçüncü kosmik səfərini uğurla tamamlayıb

2025/03/17003-1742570310.jpg
Oxunub: 468     18:52     21 Mart 2025    
Çinin “Şençjou-19” kosmik gəmisinin ekipajı üçüncü kosmos yürüşünü uğurla başa vurub.

Ordu.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

"Şençjou-19" taikonavt komandası kosmik gəmidən kənarda üçüncü fəaliyyətini uğurla həyata keçirdi", - məlumatda deyilir.

Ekipaj lideri Çai Syudze bu günə qədər ən çox kosmos yürüşü edən taikonavt oldu.

“Şençjou-19” ekipajının orbitdə biologiya (meyvə milçəklərinin davranışının təhlili daxil olmaqla), fundamental mikroqravitasiya fizikası, materialşünaslıq, tibb və kosmik texnologiya sahələrində bir sıra elmi təcrübələr aparacağı gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Şençjou-19  


Bizi "telegram"da izləyin