KİV: ABŞ Ukrayna ilə razılaşma çərçivəsində AES-lərə nəzarəti ələ keçirmək istəyir

2025/03/b0bc9-1742541172.jpg
Oxunub: 411     10:49     21 Mart 2025    
ABŞ Ukrayna ilə nadir torpaq metalları müqaviləsi çərçivəsində potensial olaraq ölkənin atom elektrik stansiyalarına (AES) nəzarəti ələ keçirmək də daxil olmaqla, bir sıra yeni şərtləri diqtə etmək istəyir.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Financial Times” (FT) Ukrayna mənbələrinə istinadən yazır.

“ABŞ administrasiyası Ukraynanın əsas mineral və enerji aktivlərinə çıxış əldə etmək üçün yeni şərtlərə nail olmaq istəyir. Vaşinqton Kiyevdən ümumi investisiya fondunun kimə məxsus olduğunu və ona kimin nəzarət etdiyini təfərrüatlı şəkildə dəqiqləşdirməyə çalışır. Eyni zamanda, digər iqtisadi aktivlərə, o cümlədən Ukraynanın atom elektrik stansiyalarına nəzarətin ABŞ-yə verilməsi də istisna edilmir”, - qəzet yazır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna   AES  


Bizi "telegram"da izləyin