Ordu.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
XİN vurğulayıb ki, Estoniyada və ya başqa bir Aİ ölkəsində yaşamaq icazəsi olan və hazırda qeyri-biometrik Rusiya pasportundan istifadə edən ruslar 2025-ci il sentyabrın 30-dək biometrik pasport almaq üçün müraciət etməlidirlər.
Bəyanatda qeyd edilib ki, Rusiya qeyri-biometrik pasportları müxtəlif təhlükəsizlik riskləri yaradır və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tövsiyələrinə uyğun gəlmir.
Ordu.az