Britaniyada yarımstansiyada güclü partlayış baş verib, Hitrou Hava Limanı bağlanıb - YENİLƏNİB

2025/03/1742534413.jpg
Oxunub: 636     11:54     21 Mart 2025    
Londonun Hitrou Hava Limanı yerli vaxtla saat 23.59-a qədər fəaliyyət göstərməyəcək.

Ordu.az-ın xəbərinə görə, bu barədə “Sky News“ trelekanalı məlumat yayıb.

“Flightradar24” havada olan ən azı 120 təyyarənin fərqli aeroportlara yönləndirildiyini açıqlayıb.

Hitrou Hava Limanına hər 45 saniyədən bir bir təyyarə enir, yaxud aeroportdan havaya qalxır. Elektrik yarımstansiyasında baş verən yanğının minimum 1351 təyyarə reysinin ləğvinə, yaxud təxirə salınmasına səbəb olacağı gözlənilir.

***

Böyük Britaniyanın paytaxtı London şəhərinin cənub-şərqində elektrik yarımstansiyasında güclü partlayış baş verib.

Ordu.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Nəşr qeyd edib ki, partlayış Hayes rayonunda qeydə alınıb. Bir neçə kilometr uzaqdan görünən hadisə yerində güclü yanğın başlayıb. Yerli hakimiyyət güclü alov səbəbindən sakinləri və işçiləri yaxınlıqdakı müəssisələrdən təxliyə etmək qərarına gəlib. Hazırda 16 minə yaxın insan işıqsız qalıb.

Hitrou hava limanının sözçüsü bildirib ki, partlayış səbəbindən hava limanına elektrik enerjisinin verilməsi əhəmiyyətli dərəcədə azalıb:

“Aeroportda elektrik enerjisi kəsilib. Sərnişinlərimizin və həmkarlarımızın təhlükəsizliyini təmin etmək üçün 21 mart 2025-ci il saat 23:59-a qədər hava limanını bağlamaqdan başqa çarəmiz yoxdur”, - deyə Aeroportdan bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: London   Partlayış   Hitrou  


Bizi "telegram"da izləyin