Şimali Koreya yeni zenit-raket kompleksini sınaqdan keçirib

2025/03/dc977-3485067404.jpg
Oxunub: 354     03:45     21 Mart 2025    
KXDR-in baş raket idarəsi özünün ən son zenit-raket kompleksinin xüsusiyyətlərini yoxlamaq üçün sınaq buraxılışı həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Qeyd olunub ki, sınaq Şimali Koreya lideri Kim Çen Inın iştirakı ilə baş tutub. Artıq müvafiq müdafiə sənayesi müəssisəsində yeni sistemin seriyalı istehsalına başlanılıb.


Kim Çen Inın sözlərinə görə, KXDR ordusu daha bir mühüm müdafiə silahı ilə təchiz olunacaq. O, yeni zenit-raket kompleksinin yaradıcılarına təşəkkür edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Koreya   Raket  


Bizi "telegram"da izləyin