Ağ Ev: Tramp və Zelenski Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllində həmrəydir

2025/03/1740897393.jpg
Oxunub: 354     23:28     19 Mart 2025    
ABŞ və Ukrayna prezidentləri Donald Trampla Volodimir Zelenski telefon danışığı zamanı Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq barədə razılığa gəliblər.

Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levittin jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

ABŞ dövlət katibi Marko Rubio və milli təhlükəsizlik üzrə müşavir Mayk Uolsun birgə bəyanatını səsləndirən Levitt bəyan edib ki, Amerika administrasiyası Trampın Zelenski ilə söhbətini mühüm nailiyyət adlandırıb.

“Liderlər razılaşıblar ki, Ukrayna və ABŞ münaqişəyə son qoymaq üçün birgə işləməyə davam edəcəklər. Prezident Trampın rəhbərliyi altında davamlı sülhə nail olmaq olar”, - bəyanatda deyilir.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu gün ABŞ lideri Donald Trampla telefon danışığı aparıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Zelenski  


Bizi "telegram"da izləyin