Tramp və Zelenski ekspert qruplarının Səudiyyə Ərəbistanında görüşü barədə razılığa gəlib

2025/03/1742409619.jpg
Oxunub: 490     22:35     19 Mart 2025    
ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski enerji infrastrukturlarına hücumla bağlı qismən atəşkəs barədə razılığa gəliblər.

Ordu.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, iki lider bugünkü telefon danışığında ABŞ və Ukraynadan olan ekspert qruplarının yaxın günlərdə Səudiyyə Ərəbistanında görüşəcəyi barədə razılığa gəliblər: “Görüşdə atəşkəsin Qara dənizi də əhatə edərək genişləndirilməsi müzakirə ediləcək”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Zelenski  


Bizi "telegram"da izləyin