Ordu.az xəbər verir ki, bu barədə Amerika lideri “Truth” sosial şəbəkəsində məlumat verib.
“İndicə Ukrayna Prezidenti Zelenski ilə çox yaxşı telefon danışığı oldu. Təxminən bir saat davam etdi. Söhbətin böyük hissəsi dünən Rusiya Prezidenti Vladimir Putinlə Rusiya və Ukraynanın istək və ehtiyaclarını əlaqələndirmək üçün edilən zəng üzərində quruldu”, - Tramp bildirib.
Amerika liderinin sözlərinə görə, o, ABŞ dövlət katibi Marko Rubio və milli təhlükəsizlik müşaviri Mayk Uoltsdan müzakirə olunan məsələlərin dəqiq təsvirini verməsini istəyib. “Müvafiq bəyanat yaxın vaxtlarda dərc olunacaq”, - o vurğulayıb.
***
ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı başlayıb.
Ordu.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
“Prezident Tramp Oval kabinetdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparır", - məlumatda bildirilib.
***
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparacaq.
Ordu.az xəbər verir ki, bu barədə Ukrayna lideri özü bildirib.
Onun sözlərinə görə, telefon danışığı bu gün baş tutacaq.
Qeyd edək ki, ötən gün Trampın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı olub.
Ordu.az