Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Hesabata görə, Türkiyə 2023-cü ildə 11 fərqli ölkəyə zirehli vasitə tədarük edib.
Təhvil verilən avtomobillərin ümumi sayı 501 ədəd olaraq açıqlanıb. Tədarüklərin həyata keçirildiyi ölkələr və ədədlər aşağıdakı kimidir:
Azərbaycan - 10 ədəd
Banqladeş - 11
Çad - 30
Fil Dişi Sahili - 36
Ekvador - 35
Qazaxıstan - 68
Mərakeş - 20
Səudiyyə Ərəbistanı - 66
Tunis - 42
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) - 180
Monteneqro - 3
Məlumata görə, Türkiyə Asiya, Afrika və Avropaya zirehli vasitə ixrac edib. Çatdırılan vasitələrin modeli paylaşılmır. 2022-ci ili əhatə edən hesabata görə, Türkiyə sözügedən il ərzində 549 zirehli vasitə təhvil verib. 2022-ci ildə tədarüklərin həyata keçirildiyi ölkələr aşağıdakılardır:
Azərbaycan - 12
Bəhreyn - 35
Banqladeş - 50
Burkina-Faso - 15
Çad - 10
Fil Dişi Sahili - 20
Qambiya - 4
Qətər - 44
Ruanda - 53
Seneqal - 20
Somali - 6
Tunis - 46
Uqanda - 3
BƏƏ - 231
Sevinc Əliyeva
Ordu.az