İran Belarusa hərbi texnologiya ötürməyə hazırlaşır

2025/03/1742288690.jpg
Oxunub: 500     10:04     21 Mart 2025    
İran və Belarus Müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında keçirilən görüşdə tərəflər hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

Ordu.az xəbər verir ki, bu barədə İranın IRNA xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, danışıqlarda İranın müdafiə naziri general Əziz Nəsirzadə və Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantus iştirak edib.

Tərəflər müdafiə və sənaye tərəfdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayıblar, əvvəllər imzalanmış sazişlərin icrasını müzakirə ediblər və gələcək əməkdaşlıq imkanlarını araşdırıblar.

İran nümayəndə heyəti xüsusilə texnologiya transferi sahəsində əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu təsdiqləyib.

Belarus tərəfi tərəfdaşlıq səviyyəsinin yüksəlməsindən məmnunluğunu bildirib və hərbi texnika istehsalı sahəsində birgə layihələrin sürətləndirilməsinin vacibliyini vurğulayıb.

O, daha öncə bəyan etmişdi ki, Belarus artıq İran istehsalı olan silahlardan istifadə edir. 2024-cü ilin iyul ayında Belarusda Müstəqillik Günü paradında “Shahed-136” pilotsuz uçuş aparatlarının nümayiş olunduğu bildirilib.

Yanvar ayında Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pezeşkian Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Belarus  


Bizi "telegram"da izləyin