Ordu.az xəbər verir ki, “Satellite 2025” sərgisində iştirak edən TÜRKSAT AŞ baş direktoru Ahmet Hamdi Atalay açıqlamasında TÜRKSAT-ın fəaliyyəti ilə bağlı qiymətləndirmələr verib.
Atalay Avropanın ən böyük peyk operatorlarından biri olan “Eutelsat” ilə strateji əməkdaşlıq müqaviləsi imzaladıqlarını açıqlayıb.
“TÜRKSAT peyklərinin əhatə dairəsi xaricində olan bölgələrdə saxlanılmasını təmin etmək üçün müxtəlif peyk operatorları ilə əməkdaşlıq edirik”, - deyə o qeyd edib.
Önümüzdəki 4 il ərzində yeni peyk buraxmağı planlaşdırdıqlarını da bildirən Atalay süni zəka sahəsində investisiyaların durmadan davam etdiyini vurğulayıb.
Sərgi çərçivəsində bir çox görüşlər keçirdiklərini bildirən Atalay əməkdaşlıq müqaviləsi də imzaladıqlarını deyib.
“Avropanın ən böyük peyk operatorlarından biri olan “Eutelsat” ilə müqavilə imzaladıq. Digər şirkətlərlə də müqavilə danışıqları aparırıq”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az