Latakiya və Tartusdakı toqquşmalarda 130-dan çox dinc sakin həlak olub

2025/03/1741409302.jpg
Oxunub: 455     04:43     08 Mart 2025    
Suriyanın Aralıq dənizi sahilində yerləşən Latakiya və Tartus əyalətlərində baş verən qarşıdurmalarda 13-ü qadın və 5-i uşaq olmaqla azı 134 nəfər həlak olub.

Bu barədə Ordu.az xarici mətbuata istinadən xəbər verir.

Cümə axşamı günündən bəri Suriya keçid hökumətinin xüsusi təyinatlıları ilə keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarları arasında gedən şiddətli atışmalarda ümumilikdə 229 mülki şəxs həlak olub.

Bundan əvvəl Latakiya Daxili İşlər Nazirliyi ölkənin şimal-qərbində silahlı üsyanı yatırmaq üçün keçirilən əməliyyat zamanı 50-dən çox Suriya təhlükəsizlik qüvvələrinin həlak olduğunu bildirib.

Səlahiyyətlilər cümə axşamı əhalinin məskunlaşdığı ərazilərdə tətbiq edilən komendant saatının daha bir gün uzadıldığını elan ediblər. Suriya Müdafiə Nazirliyi cümə günü ordu hissələrinin və zirehli texnikanın Latakiya, Baniyas və Tartusa göndərilməsindən sonra sahilyanı ərazilərə nəzarəti bərpa etdiyini açıqlayıb.

Bir sıra yerlərdə, o cümlədən Əsəd ailəsi klanının doğulduğu yer sayılan Qardaha şəhərində şiddətli döyüşlər hələ də davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Latakiya   Tartus  


Bizi "telegram"da izləyin