HƏMAS girovları azad etməyin yeganə yolunun danışıqlar olduğunu bildirib

2025/02/17360-1740197357.jpg
Oxunub: 395     03:18     08 Mart 2025    
HƏMAS hesab edir ki, 2023-cü ilin oktyabrında götürülmüş israilli girovların qaytarılması yalnız danışıqlar yolu ilə mümkündür.

Ordu.az xəbər verir ki, hərəkatın bu bəyanatı ilə bağlı İranın Tasnim agentliyi məlumat yayıb.

"İsrailli məhbusların geri qaytarılması üçün danışıqlardan başqa yol yoxdur. Biz böyük çeviklik nümayiş etdirmişik və qarşı tərəf əldə olunmuş razılaşmalar əsasında, bizim hüquqlarımızı pozmadan hərəkət etməlidir", - bəyanatda deyilir.

İsrailin əldə etdiyi məlumata görə, HƏMAS hələ də 24-ü sağ olmaqla 59 nəfəri girov saxlayır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   Girov  


Bizi "telegram"da izləyin