Sudanda BMT-nin helikopteri atəşə tutulub, 28 hərbçi həlak olub - YENİLƏNİB

2025/03/1741355244.jpg
Oxunub: 835     23:01     07 Mart 2025    
Birləşmiş Millətlər Təşkilatının (BMT) helikopteri Sudanın cənubunda atəşə tutulub.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin informasiya, rabitə, texnologiya və poçt xidməti naziri Maykl Makuei Lüet bildirib.

Qeyd olunub ki, BMT helikopteri hərbçiləri təxliyə etməyə çalışarkən Nasir şəhərində atəşə tutulub. Nəticədə, biri general olmaqla ən azı 28 hərbçi həlak olub.

“Həlak olan hərbçilərin dəqiq sayı hələ müəyyən edilməyib. Lakin general da daxil olmaqla, 28 nəfərin həlak olması barədə informasiya var”.

***

BMT-nin sülhməramlı missiyasının helikopteri Cənubi Sudanın şimal-şərqində atəşə tutulub.

Ordu.az xəbər verir ki, bu barədə BMT-nin Cənubi Sudandakı Missiyası (UNMISS) məlumat verib.

“Nəticədə bir neçə nəfər həlak olub, yaralananlar da var”, - məlumatda vurğulanıb.

Qeyd olunub ki, helikopter ölkənin şimal-şərqində yerləşən Yuxarı Nil ştatının Nasir bölgəsində təxliyə əməliyyatı həyata keçirirdi:

“Son həftələrdə Yuxarı Nil bölgəsində ordu ilə hazırkı vitse-prezident Riek Maçara yaxın silahlı dəstələr arasında münaqişənin kəskinləşməsi fonunda gərginlik artıb. Bu əməliyyat bütün tərəflərin xahişi ilə təşkil edilib. UNMISS hadisənin araşdırılmasını tələb edib və ölkə rəhbərliyini gərginliyin dialoq yolu ilə həlli üçün təcili müdaxilə etməyə çağırıb”.

***

Birləşmiş Millətlər Təşkilatının helikopteri Sudanın cənubunda atəşə tutulub.

Ordu.az xəbər verir ki, bu barədə BMT məlumat yayıb.

Qeyd edilib ki, BMT helikopteri Cənubi Sudan hərbçilərini təxliyə etməyə çalışarkən Nasir şəhərində atəşə tutulub. Nəticədə bir ekipaj üzvü və bir general da daxil olmaqla bir neçə əsgər həlak olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sudan   BMT  


Bizi "telegram"da izləyin