ABŞ-də 240 min ukraynalının qaçqın statusu ləğv olunacaq - KİV

2025/03/1741264924.jpg
Oxunub: 1088     16:41     06 Mart 2025    
ABŞ-nin prezident administrasiyası hal-hazırda Birləşmiş Ştatlarda olan azı 240 min ukraynalını qaçqın statusundan məhrum etməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, söhbət Ukrayna münaqişəsinin başlanmasından sonra ABŞ-yə sığınmış ukraynalı qaçqınlardan gedir.

Hökumətdən olan mənbələr statusun ləğv olunmasından sonra onların qısa zamanda deportasiya olunacağını diqqətə çatdırıblar.

Bu qərarın aprel ayında elan olunacağı gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukraynalı  


Bizi "telegram"da izləyin