Peskov Makronun nüvə ritorikasını qarşıdurma adlandırıb

2025/02/thumb-1739529646.jpg
Oxunub: 470     16:06     06 Mart 2025    
Kreml Fransa Prezidenti Emmanuel Makronun dünənki xalqa müraciətini qarşıdurma kimi qiymətləndirir. Bu, Fransanın müharibənin davam etməsini istədiyi təəssüratını yaradır.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Əgər Makronun çıxışını oxusaq, elə təəssürat yaranır ki, Fransa həqiqətən də müharibənin davam etməsini istəyir", - o qeyd edib.

Onun sözlərinə görə, Makronun bəyanatlarında, o cümlədən Ukrayna nizamlanması planında qeyri-dəqiqliklər var: "Bundan əlavə, Fransa artıq öz nüvə silahlarını təhlükəsizlik məsələsində və s. istifadə etməyə hazırdır. Bu artıq nüvə ritorikasıdır, Avropada nüvə liderliyi iddiasıdır. Yəni bu çox qarşıdurmalıdır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Makron  


Bizi "telegram"da izləyin