İsrailin Baş Qərargah rəisi 2025-ci ili HƏMAS və İranla müharibə ili adlandırıb

2025/03/1741257147.jpg
Oxunub: 523     14:08     06 Mart 2025    
Cari il Qəzza zolağında HƏMAS hərəkatı və İranla müharibə ili olacaq.

Ordu.az "The Jerusalem Post" qəzetinə istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələri Baş Qərargahının yeni rəisi Eyal Zamir bildirib.

Onun sözlərinə görə, İsrail qüvvələri digər cəbhələri də tərk etməyi planlaşdırmır.

Baş Qərargah rəisi qeyd edib ki, HƏMAS-ın əsirlikdə saxladığı girovların azad edilməsi üçün bütün səylər göstəriləcək.

Xatırladaq ki, yanvarda İsrail Müdafiə Qüvvələri Baş Qərargahının keçmiş rəisi Herzi Halevi martda istefaya gedəcəyini bildirib və buna səbəb kimi 2023-cü il oktyabrın 7-də HƏMAS-ın Qəzza zolağından hücumu zamanı hərbçilərin uğursuzluğunu göstərib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HƏMAS   İran  


Bizi "telegram"da izləyin