Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
İsrail mətbuatının yazdığına görə, Katz verdiyi açıqlamada Misirə İsrailin müqavilələrin pozulmasına və ya infrastrukturun zədələnməsinə icazə verməyəcəyi barədə xəbərdarlıq edib.
İki ölkə sonuncu dəfə 1973-cü ildə döyüşüb, lakin 1979-cu ildə Kemp Devid razılaşmaları ilə sülh müqaviləsi imzalayıb.
Misir İsraillə sülh müqaviləsi imzalayan ilk ərəb ölkəsi olub və bunun müqabilində ABŞ-dən ildə 1,3 milyard dollar hərbi yardım alır.
Misir lideri Sisi ötən həftə ABŞ prezidenti Donald Trampın Qəzzanı boşaltma planı ilə razılaşmadığını açıqlamışdı.
İsrail mediası yazır ki, bu inkişafın ardınca Misir ordusu Qəzza zolağı ilə də həmsərhəd olan Sinay yarımadasında öz sərhədlərinə yaxın ərazilərdə qoşun yığmağa başlayıb.
Sevinc Əliyeva
Ordu.az