Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrə görə, Rusiyanın TASS dövlət xəbər agentliyi daha əvvəl qeyd etmişdi ki, Matvienko “Rusiya-Ermənistan dövlətlərarası münasibətlərinə yeni təkan vermək üçün” İrəvana səfər edəcək.
“Səfərin niyə bu qədər gecikdiyini Paşinyanın partiyasındakı mənbələrimizdən öyrəndik. Yazmışdıq ki, son geosiyasi proseslərdən sonra Nikol Paşinyan azğın oğul kimi özünü yenidən Rusiyanın qucağına atmaq qərarına gəlib və bütün dövlət idarələrinə Rusiya ilə üfüqi idarələrarası əlaqələri, münasibətləri bərpa etməyi, bütün tədbirlərdə, görüşlərdə iştirak etməyi tapşırıb.
Ancaq Rusiyada, necə deyərlər, Nikolun göz yaşlarına inanmırlar və bunu faktlarla, sübutlarla yoxlamaq qərarına gəliblər. Etiraf edək ki, Ermənistan hakimiyyətindən “Yevrakve” referendumunun layihəsinin ləğvi tələbi irəli sürülüb, ikinci oxunuşun təxirə salınması bununla bağlıdır və onun ümumiyyətlə ləğv olunacağı da istisna edilmir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az