“F-22 Raptor” ötən il 6 uğurlu sınaq uçuşu həyata keçirib

2025/03/1741159862.jpg
Oxunub: 568     16:47     06 Mart 2025    
“F-22 Raptor” stels tipli döyüş təyyarəsi yeni imkanları sınaqdan keçirmək üçün ötən il 6 uğurlu sınaq uçuşu həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə “Lockheed Martin” məlumat yayıb.

ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) kiçik, lakin yüksək bacarıqlı F-22 parkı 2040-cı illərdəki yeniləmələr vasitəsilə əhəmiyyətli olaraq qalacaq.

Modernləşdirməyə yeni İnfraqırmızı Müdafiə Sistemi (IRDS), əlavə sensorlar və mənzili artıran gizli yanacaq çənləri daxildir.

“Lockheed Martin” səlahiyyətliləri Aerokosmik Qüvvələr Dərnəyinin 2025 Hərbi Simpoziumunda F-22 proqramı haqqında məlumat veriblər.

ABŞ HHQ-nin inventarında 180-dən çox F-22 olsa da, onlardan 32-si köhnə konfiqurasiyadadır, sınaq və təlim üçün istifadə olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: F-22   Raptor   Sınaq  


Bizi "telegram"da izləyin