F-35B uzun mənzilli gəmi əleyhinə raketlə sınaq uçuşu həyata keçirib

2025/03/1741159721.jpg
Oxunub: 520     14:27     06 Mart 2025    
2025-ci il martın 4-də “Lockheed Martin” və “F-35 Pax River” İnteqrasiya Sınaq Qüvvəsi (ITF) AGM-158C Uzun Mənzilli Gəmi Əleyhinə Raketi (LRASM) sistemini “F-35B Lightning II”yə inteqrasiya edən ilk uçuş sınağını həyata keçirib.

Ordu.az xəbər verir ki, bu sınaq 2024-cü ilin sentyabrında F-35C-də başlanan LRASM sınaqlarının davamıdır.

Silah daxili silah yuvalarına sığmayacaq qədər böyük olduğu üçün təyyarənin ən daxili qanadının sərt nöqtələrinə xaricdən inteqrasiya olunub.

“Lockheed Martin” bildirib ki, bu sınaq F-35B AGM-158 zərbə sistemlərinin uçuş elmi sınaq proqramının başlanğıcını təmsil edir və həm yerüstü hücum, həm də gəmi əleyhinə variantların inteqrasiyasına işıq salır.

“Lockheed Martin” “F-35 Block 4” təkmilləşdrməsi ilə JASSM (Birgə “Hava-Yer” “Standoff” Raketi) və LRASM daxil olmaqla, AGM-158 zərbə sistemlərinin əlavə edilməsinin F-35-in çoxməqsədli missiya imkanlarını artırdığını vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: F-35B   Lockheed-Martin  


Bizi "telegram"da izləyin