Ordu.az xəbər verir ki, bu barədə “Lockheed Martin”in açıqlamasında qeyd olunub.
Açıqlamada bildirilib ki, bu mərhələ F-35-in dünya üzrə çoxsaylı döyüş və təlim missiyalarında əməliyyat gücünü və etibarlılığını əks etdirir.
Həmçinin bu 1 milyon saat ərzində F-35 komandasının təyyarənin imkanlarını davamlı olaraq təkmilləşdirdiyi və aviasiyada bir çox ilklərə imza atıldığı da bildirilib.
Buna misal olaraq F-35C variantının 2024-cü ilin noyabrında ilk döyüş yerləşdirməsi və mübahisəli hava məkanında dəqiq zərbələri uğurla yerinə yetirməsi göstərilib.
Həmçinin qlobal parkın artaraq, 1100-ə çatdığı və diqqətin növbəti 1 milyon uçuş saatına yönəldiyi qeyd edilib.
Sevinc Əliyeva
Ordu.az