Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Müqavilə çərçivəsində istehsal olunan iki gəminin 2025-ci ildə Nigeriyaya təhvil verilməsi planlaşdırılır.
“Dearsan Tersanesi” 2021-ci ilin noyabrında Nigeriya HDQ ilə müqavilə əsasında iki OPV-76 gəmisinin inşasına başlayıb. Birinci gəmi dəniz sınaqlarını uğurla başa vurduqdan sonra P204 bort nömrəli ikinci gəmi də sınaq prosesini uğurla başa vurub.
Uzunluğu 76,8 metr və eni 11 metr olan OPV-76 dəniz sınaqları zamanı maksimum 30 dəniz mili sürətinə çataraq, manevr qabiliyyəti və dəniz performansı ilə gözləntiləri qarşılayıb. Göyərtəsində orta ölçülü helikopter daşımaq gücünə malik olduğu da bildirilib.
OPV-76 sinfinə məxsus gəmilər Nigeriya HDQ-yə dəniz patrulu, müşahidə, qaçaqmalçılıqla mübarizə, axtarış-xilasetmə və xüsusi təyinatlı qüvvələrin yerləşdirilməsi kimi əməliyyatları həyata keçirə bilmək üçün modulyar quruluşla dizayn edilib.
Sevinc Əliyeva
Ordu.az