Ordu.az xəbər verir ki, bu barədə “Army Recognition” məlumat yayıb.
Məlumata görə, Rusiya HDQ lövbər salmış döyüş gəmilərini qorumaq üçün “Inokhodets” kimi tanınan “Orion” PUA-larından kəşfiyyat və hücum missiyalarında istifadə etməyə başlayıb.
Bildirilir ki, sistem Ukraynanın kamikadze tipli İnsansız Dəniz Platformalarından (İDP) istifadəsinə qarşı mühüm amil olacaq, çünki o, xüsusi olaraq ətraf sularda patrul missiyası yerinə yetirmək və dəniz təhlükəsizliyi üçün artan narahatlığa çevrilən kamikadze İDP-ləri kimi təhdidlərə qarşı durmaq üçün nəzərdə tutulub.
Xüsusilə Ukrayna ilə 3 illik müharibə zamanı Qara dəniz donanmasında itkilər verən Rusiyanın əlində qalan gəmiləri qorumaq üçün bu addımı atdığı bildirilir.
Qeyd edək ki, Müharibə başlamazdan əvvəl, 2020-ci ilin sonundan etibarən “Orion” PUA-sı rəsmi olaraq Rusiya Silahlı Qüvvələrinin, o cümlədən HDQ-nin inventarına daxil olmağa başlayıb.
Sevinc Əliyeva
Ordu.az