Ordu.az xəbər verir ki, özünü odlu silahlar, ovçuluq və açıq sənayelər üçün qlobal platforma kimi sübut edən IWA 2025 dünyanın hər yerindən minlərlə sənaye peşəkarını, həvəskarını və media nümayəndələrini bir araya gətirib.
SYS Qrup şirkətləri “CANiK” və “MECANiK”in rəhbərləri və nümayəndələri sərgidə ən son məhsullarını nümayiş etdiriblər, beynəlxalq iştirakçılarla qarşılıqlı əlaqədə olublar və qlobal arenada fəaliyyətlərini gücləndirmək üçün addımlar atıblar.
Qrupun “flaqman”ı olan “CANiK” IWA 2025-də özünün ən yeni odlu silahı olan METE MC9 PRIME-nin Avropaya təqdimatını edib.
Dəqiq mühəndislik, erqonomik dizayn və qabaqcıl texnologiyanı birləşdirən silah həm peşəkar istifadəçilər, həm də atıcılıq həvəskarları üçün ideal seçim təklif edir.
Sevinc Əliyeva
Ordu.az