Ordu.az yerli KİV-ə istinadən xəbər verir ki, ölkədə saat 20:00-da (Bakı vaxtı ilə saat 19:00) 3 513 seçki məntəqəsi bağlanıb, səsvermə 14 saat davam edib.
Vətəndaşlar birmandatlı dairələrdən 41 deputat, ümumrespublika dairəsindən isə 22 deputat seçiblər. Cəmi 63 yer uğrunda 220, o cümlədən 65 müstəqil namizəd mübarizə aparıb.
Daha əvvəl Tacikistanın Mərkəzi Seçki və Referendum Komissiyasının (MSRK) sədri Baxtiyer Xudoyorzoda yerli vaxtla saat 12:00-dək (Bakı vaxtı ilə saat 11:00) seçicilərin 59 %-inin səs verdiyini və beləliklə, Tacikistan qanunvericiliyinə əsasən, seçkilər baş tutduğunu açıqlamışdı. Yerli qanunvericiliyə görə, qeydiyyatdan keçmiş seçicilərin yarısından çoxunun səs verməsi seçkilərin baş tutması üçün yetərlidir.
Tacikistanda qeydiyyatdan keçmiş yeddi partiyanın altısı seçkilərə öz namizədlərini irəli sürüb: lideri Prezident Emoməli Rəhmon olan hakim Xalq Demokratik Partiyası, eləcə də Aqrar, Demokratik, Kommunist, Sosialist partiyaları və İqtisadi İnkişaf Partiyası. Müxalif Sosial-Demokrat Partiyası seçkilərdə iştirak etməyib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) missiyası ilk dəfə Tacikistandakı seçkiləri müşahidə etməyib. Bundan başqa, Düşənbə “Radio Ozodi”, BBC, “Asia-Plus” və digər mətbu orqanları “akkreditasiya müddətinin qaçırılması” səbəbindən akkreditə etməyi rədd edib. Mərkəzi Seçki Komissiyası onlara yalnız akkreditə olunmuş KİV-in və ya bu orqanın rəsmi saytının məlumatlarından istifadə etməyi məsləhət görüb. Seçkiləri işıqlandırmaq hüququ yalnız yerli dövlət KİV və Rusiyanın bəzi agentliklərinə verilib.
Seçkilərin ilkin nəticələri martın 3-də açıqlanacaq.
****
Tacikistanda parlamentin aşağı palatasına seçkilər başlayıb, ölkənin vilayət, şəhər, rayon və kəndlərində qanunvericilik orqanlarının deputatlığına namizədlər üçün səsvermə davam edir.
Ordu.az TASS-a istinadən xəbər verir ki, yerli vaxtla saat 06:00-da (Bakı vaxtı ilə saat 05:00) ölkə üzrə 3 513 seçki məntəqəsi açılıb.
Vətəndaşlar parlamentə 41 deputatı birmandatlı dairələrdən, daha 22 nəfəri isə vahid ümumrespublika seçki dairəsindən seçməli olacaqlar. Bu 63 mandat uğrunda 220 namizəd (152 birmandatlı namizəd və vahid ümumrespublika seçki dairəsindən 68 namizəd), o cümlədən 65 nəfər özünün namizədliyi (onların hamısı birmandatlı namizədlər arasındadır) uğrunda mübarizə aparır.
Ordu.az