Kiyevdə etiraz aksiyası keçirilib

2025/03/Ekran-1740843718.jpg
Oxunub: 597     19:20     01 Mart 2025    
Ukraynanın paytaxtı Kiyevin mərkəzində mitinq keçirilib.

Ordu.az-ın məlumatına görə, aksiya iştirakçılarının əksəriyyəti müharibə müddətində itkin və əsir düşən hərbçilərin valideynləri və ailələridir. Onlar beynəlxalq təşkilatlardan və hökumətdən yaxınlarının tapılmasını və ya azad olunmasını tələb və xahiş ediblər. Əsasən Kiyev sakinlərindən ibarət olan aksiyaçılara, bölgələrdən də qatılanlar var.

Polis aksiyaçıları müşayiət edib. İştirakçılar Kiyevin mərkəzi Maydana toplaşıblar. Etirazçılar bildiriblər ki, aksiyaları növbəti günlərdə də davam etdirəcəklər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kiyev   Aksiya  


Bizi "telegram"da izləyin