Hakan Fidan Londonda Ukrayna ilə bağlı müzakirələrdə iştirak edəcək

2025/02/1739686493.jpg
Oxunub: 435     15:16     01 Mart 2025    
Türkiyənin xarici işlər naziri Hakan Fidan Londona gedəcək.

Ordu.az-ın “Haber Global”a istinadən verdiyi xəbərə əsasən, səfərdə məqsəd Böyük Britaniyanın Baş naziri Kir Stamerin təşkil etdiyi Avropa liderlərinin görüşündə iştirak etməkdir.

Görüşdə Ukrayna mövzusunun müzakirəsi gözlənilir.

ABŞ-ə uğursuz səfərdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski də Londonda baş tutacaq müzakirələrə qatılacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakan-Fidan  


Bizi "telegram"da izləyin