Hindistan helikopterdən buraxılan gəmi əleyhinə raketi sınaqdan keçirib

2025/03/1740827537.jpg
Oxunub: 540     18:44     01 Mart 2025    
Hindistanın Müdafiə Araşdırma və İnkişaf Etdirmə Təşkilatı ilə Hindistan Hərbi Dəniz Qüvvələri ölkənin ilk helikopterdən buraxılan gəmi əleyhinə raketini uçuş sınağından keçirdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Araşdırma və İnkişaf Etdirmə Təşkilatı məlumat yayıb.

Məlumata görə, “Naval Anti-Ship” qısa mənzilli raketi və ya NASM-SR raketi “Sea King” helikopterindən buraxıldıqdan sonra gəmi hədəfini vurub.

Hindistan Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada qeyd edilib ki, raket atışdan sonra aralarından birini seçmək üçün yaxın məsafədəki bir neçə hədəfə kilidlənərək buraxılıb.

“Raket əvvəlcə müəyyən bir axtarış zonası daxilində böyük bir hədəfə kilidlənib, son mərhələdə pilot daha kiçik, gizli bir hədəf seçib və bu hədəf dəqiqliklə vurulub”, - deyə açıqlamada bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Raket  


Bizi "telegram"da izləyin