İran PUA-ların qarşısını almaq üçün “Yak-130” təlim təyyarəsindən istifadə edib

2025/03/Ekran-1740827484.jpg
Oxunub: 586     20:10     01 Mart 2025    
İran “Zolfagar 1403” təlimi zamanı ilk dəfə “Yak-130” təlim təyyarələrini Pilotsuz Uçuş Aparatı (PUA) bloklama konsepsiyası ilə əməliyyat qabiliyyəti baxımından qiymətləndirib.

Ordu.az xəbər verir ki, İran son “Zolfagar 1403” hərbi təlimində PUA-ların qarşısını almaq üçün Rusiya istehsalı olan “Yak-130” təlim təyyarəsindən istifadə edib.

Fevral ayında başlayan təlimdə İran son illərdə Rusiyadan aldığı “Yak-130”dan ilk dəfə əməliyyat ssenarisində istifadə edərək, təyyarənin əməliyyat sahəsindəki imkanlarını sınaqdan keçirib.

Bu çərçivədə İran Hərbi Hava Qüvvələri PUA-ların qarşısını almaq üçün təlim tapşırıqları ilə yanaşı, qabaqcıl avionik sistemləri ilə yüngül hücum təyyarəsi funksiyasını da yerinə yetirə bilən “Yak-130”u tətbiq edərək, bu sahədə texnoloji boşluğu aradan qaldırmağı hədəfləyir.

“Army Recognition”ın məlumatına görə, təlimdə “MiQ-29” qırıcıları ilə birlikdə “Yak-130”lar da tətbiq edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Yak-130   PUA  


Bizi "telegram"da izləyin