Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
İsrail ABŞ-ni Suriyanı zəif və mərkəzləşdirilməmiş vəziyyətdə saxlamağa inandırmaq üçün lobbiçilik edir.
Bu səylərin bir hissəsi olaraq İsrail Rusiyanın Suriyadakı hərbi bazalarını saxlamasına icazə verilməsini müdafiə edərək, Türkiyənin bölgədə artan təsirinə qarşı çəki yaratmağı hədəfləyir.
“Reuters”in məlumatına, İsrail rəsmiləri Vaşinqtona bildiriblər ki, Türkiyənin dəstəklədiyi yeni Suriya administrasiyası İsrailin təhlükəsizliyinə böyük təhlükə yaradır.
Bu lobbiçilik səyləri Suriyada Bəşər Əsədin devrilməsindən sonra formalaşan yeni administrasiyanın ölkədə sabitliyi təmin etməyə çalışdığı və ABŞ-dən sərt sanksiyaların ləğvini tələb etdiyi bir vaxta təsadüf edir.
İsrail rəsmiləri bu mesajı fevralda Vaşinqtonda keçirilən görüşlərdə və daha sonra İsraildə ABŞ Konqresinin üzvləri ilə görüşlərində veriblər.
Məlumata görə, İsrailin mövqeyini əks etdirən “ağ kağız” (white paper) da bəzi yüksək səviyyəli ABŞ rəsmilərinə təqdim edilib.
Sevinc Əliyeva
Ordu.az