Türkiyə ən son model “Eurofighter Typhoon” alacaq

2025/03/1740827252.jpg
Oxunub: 819     15:16     01 Mart 2025    
Türkiyə Hərbi Hava Qüvvələrini (HHQ) gücləndirmək üçün Avropanın ən qabaqcıl döyüş təyyarələrindən biri olan “Eurofighter Typhoon Tranche 4” modelini inventarına əlavə etməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bildirilir ki, Böyük Britaniyanın rəhbərlik etdiyi danışıqlar yekun mərhələyə çatıb və ilk tədarüklər 2028-ci ilə qədər həyata keçirilə bilər.

Türkiyə HHQ üçün planlaşdırılan satınalma prosesi çərçivəsində Türkiyənin ümumilikdə 40 ədəd “Eurofighter” alması gözlənilir.

“HaberTürk’”ün məlumatına görə, Türkiyə daha əvvəl gündəmdə olan “Tranche 1” modelini deyil, “Tranche 4” modelini alacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Eurofighter-Typhoon  


Bizi "telegram"da izləyin