ABŞ-də sursat zavodunda partlayış olub

2025/03/1740827073.jpg
Oxunub: 585     15:32     01 Mart 2025    
ABŞ rəsmiləri fevralın 28-də Virciniya ştatının cənub-qərbində ABŞ ordusunun sursat zavodunda baş verən partlayış nəticəsində xəsarət alan olmadığını bildirib.

Ordu.az xəbər verir ki, “Radford” Ordu Sursat Zavodu rəsmiləri partlayışın saat 12:30 radələrində zavodun sursat istehsalı bölməsində baş verdiyini bildiriblər.

“Defense News”un məlumatına görə, partlayışın ölçüsü və xarakteri ilə bağlı əlavə məlumat verilməyib.

Obyekt isə açıqlamasında qeyd edib: “Sursat istehsalı təhlükəli işdir. Operatorların mümkün qədər az təhlükəyə məruz qalmasını təmin etmək üçün bir çox təhlükəsizlik protokolları tətbiq edilib. Bugünkü hadisə bu protokolların effektivliyini nümayiş etdirir”.

Qeyd edək ki, “Radford” Ordu Sursat Zavodu Virciniya ştatının cənub-qərbindəki Montqomeri və Pulaski bölgələrində yerləşən hökumətə məxsus obyektdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Partlayış  


Bizi "telegram"da izləyin