Türkiyə “liberal Avropa”nın xilas edir?

2025/02/17403-1740380133.jpg
Oxunub: 618     14:11     01 Mart 2025    
Türkiyə prezidenti Ərdoğan Avropa Şurasının prezidenti Antonio Kosta ilə telefon danışığı aparıb. Söhbət zamanı Türkiyə-Aİ münasibətləri və digər beynəlxalq məsələlər müzakirə edilib. Türkiyə prezidentinin mətbuat xidmətinin məlumatına görə, Ərdoğan vurğulayıb ki, Türkiyənin iştirakı ilə Avropa təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş addımların planlaşdırılması tərəflərin ortaq maraqlarına uyğundur.

Ərdoğan Rusiya-Amerika dialoqunun formalaşmasından sonra diqqəti Avropa məkanına yönəldib. Bu dialoqun növbəti mərhələsi İstanbulda keçirilib, lakin görüş Türkiyənin iştirakı olmadan - qapalı görüş formatında baş tutub. Beynəlxalq siyasətdə baş verən dəyişikliklər, xüsusilə ABŞ-Rusiya prosesi bir çox ölkə üçün siyasi manevr məkanını itirmək təhlükəsi yaradıb. Bu, xüsusilə ABŞ-Rusiya qarşıdurmasının hədəf zonalarına çevrilən Yaxın Şərq və Mərkəzi Asiya istiqamətlərində özünü göstərir.

Dialoq inkişaf etdikcə, regional güclər üçün “tələbat”ın müəyyən azalması və ya onun aktiv rejiminin zəifləməsi müşahidə olunur ki, bu da geosiyasi təsir imkanlarına təsir göstərə bilər. Ankara bu istiqamətdə “tələbat”ın azalması riski şəraitində Avropa istiqamətində güclü addımlar atır. Bunu təkcə Kostaya Avropa təhlükəsizliyi kontekstində söylənilən fikirlər deyil, həm də Ərdoğanın Almaniya parlamentinin növbədənkənar seçkiləri ilə bağlı çıxışı da təsdiqləyir.

Almaniya üçün Alternativ Partiyasının uğuru sağ populizmin qələbəsidir və liberal Avropa bundan yalnız Akaranın köməyi ilə, Türkiyənin Aİ-yə üzvlüyü sayəsində xilas ola bilər. Əlbəttə, bu bir qədər güclü kimi səslənir - Ərdoğan “liberal Avropa”nı xilas edir. Lakin aydındır ki, Ankara bu təklifi formalaşdırır və təqdim edir. Bu isə o deməkdir ki, müzakirələr genişləndikcə bu gündəlik qaçılmaz olaraq Qafqaza da aid olacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə     Rusiya  


Bizi "telegram"da izləyin