Ordu.az xəbər verir ki, satınalma ilə Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi nəqliyyat təyyarələrinə ehtiyacını qarşılamaq hədəflənir.
Türkiyə və Britaniya səlahiyyətliləri arasında C-130J hərbi nəqliyyat təyyarəsinin alınması ilə bağlı danışıqlar dərinləşir.
Məlumata görə, Türkiyə Britaniyadan 12 ədəd ikinci əl C-130J hərbi nəqliyyat təyyarəsini alacaq. Beləliklə, Türkiyə Silahlı Qüvvələrinin güc ötürmə qabiliyyəti artırılacaq.
Türkiyə ilə Britaniya arasında bir müddətdir davam edən C-130 təyyarəsi təması yekunlaşmaq üzrədir.
Məlumata görə, Türkiyə Britaniya Kral HHQ-nin nəqliyyat təyyarələrini alacaq. Britaniyada hazırda satışı planlaşdırılan 1 ədəd C-130J C5 və 13 ədəd C-130J-30 C4 var.
Türkiyə isə “uzadılmış gövdəli” C-130J-30 C4 təyyarəsi ilə maraqlanır. Qısa müddətdə təyyarənin satınalma fəaliyyətlərinin başa çatdırılması və Türkiyə HHQ-nin inventarına 12 təyyarənin əlavə edilməsi planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az