Zelenski ABŞ-dən Böyük Britaniyaya uçub

2025/03/ff869-1740817139.jpg
Oxunub: 402     10:57     01 Mart 2025    
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dən Böyük Britaniyaya uçub.

Ordu.az-ın RBK-ya istinadən verdiyi məlumata görə, onun təyyarəsi Amerikanın Endrüs aviabazasından Londonun Stansted aeroportuna yola düşüb.

Ağ Evdə uğursuz danışıqlardan sonra Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ və Ukrayna liderləri ilə telefon danışıqları aparıb.

Martın 2-də Londonda Zelenskinin iştirakı ilə Avropa liderlərinin görüşü keçiriləcək.

Görüşdə Avropanın Ukraynaya hansı zəmanətləri verə biləcəyi müzakirə ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   ABŞ   Britaniya  


Bizi "telegram"da izləyin