İsrail Qəzza sazişi üzrə ikinci mərhələnin danışıqlarına başlamaqdan imtina edib

2025/03/1740810010.jpg
Oxunub: 426     10:15     01 Mart 2025    
Misirin paytaxtı Qahirədə Qəzza ilə bağlı danışıqlar dalana dirənib. Vasitəçilər İsrail tərəfini HƏMAS-la bağlanmış, “Qəzzada atəşkəs rejimi və əsirlərin azad edilməsi” haqda sazişin ikinci mərhələsi üzrə müzakirələrə başlamağa razı sala bilməyib.

Ordu.az xəbər verir k, bu barədə “Al Mayadeen” kanalı adı açıqlanmayan yüksək vəzifəli HƏMAS rəsmisinə istinadən məlumat yayıb.

İddiaya görə, İsrail tərəfi danışıqlar prosesinin başlama müddətini uzatmaqla sazişin şərtlərini pozmuş olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin