ABŞ Səudiyyə Ərəbistanına PUA-lar təklif edir

2025/03/image-1740806040.jpg
Oxunub: 504     17:12     01 Mart 2025    
ABŞ-də yerləşən “General Atomics” şirkətinin Səudiyyə Ərəbistanına “MQ-9B SeaGuardian” Pilotsuz Uçuş Aparatlarının (PUA) tədarükü üçün paket təklif etməyə hazırlaşdığı bildirilib.

Ordu.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilmiş IDEX 2025 sərgisində ABŞ-nin “General Atomics” şirkətinin rəhbərlərinin verdiyi müsahibədə “General Atomics”in Səudiyyə Ərəbistanına bir sıra “MQ-9B SeaGuardian” PUA-larının tədarükü üçün paket təklif etməyə hazırlaşdığı bildirilib.

“General Atomics Aeronautical Systems” şirkətinin prezidenti Deyv Aleksandr “Defence News”a açıqlamasında deyib:

“Biz hələ çox ilkin mərhələdəyik, lakin Səudiyyə Ərəbistanından MQ-9B-yə böyük maraq olduğu üçün bunu yaxından izləyirik. Bu satışın Birləşmiş Ştatlarda on minlərlə iş yeri yarada biləcək əhəmiyyətli nəticələri olacağını gözləyirik”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Səudiyyə-Ərəbistanı   PUA  


Bizi "telegram"da izləyin