Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Tayvan administrasiyasının Müdafiə Nazirliyinin “X” hesabından verilən açıqlamada sözügedən hərəkətin “təxribat” olduğu, bunun beynəlxalq gəmi səfərlərini və uçuşları riskə atdığı bildirilib.
Açıqlamada Çin ordusunun cənubdakı Qaosyun və Pindun şəhərlərindən 40 dəniz mili (təxminən 74 kilometr) uzaqlıqdakı ərazini əvvəlcədən xəbərdarlıq etmədən “təlim bölgəsi” olaraq təyin etdiyi, Tayvan administrasiyasının Silahlı Qüvvələrinin vəziyyəti izlədiyi və cavab tədbirləri gördüyü bildirilib.
Sevinc Əliyeva
Ordu.az