Ordu.az xəbər verir ki, bu çərçivədə Qabonun ali təhsil, elmi tədqiqatlar və texnoloji innovasiyalar naziri Marsel İbinqa İtsitsanın başçılıq etdiyi nümayəndə heyəti TÜBİTAK-da olub.
Görüşlərdə iki ölkə arasında elmi-texniki əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə edilib, strateji sahələrdə birgə layihələr üçün əməkdaşlıq imkanları qiymətləndirilib.
TÜBİTAK rəhbəri Orhan Aydın Qabon nümayəndə heyətini qəbul etməkdən məmnunluğunu ifadə edərək, bu səfərin iki ölkə arasında elmi-texniki əməkdaşlığın inkişafı baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.
“İnanıram ki, Türkiyə ilə Qabon arasındakı dostluq əlaqələri elm, texnologiya və innovasiya sahələrində həyata keçiriləcək birgə layihələrlə daha da möhkəmlənəcək. Xüsusilə ətraf mühit, biotexnologiya, biomüxtəliflik, iqlim dəyişikliyi, rəqəmsallaşma və bərpa olunan enerji kimi strateji sahələrdə birgə iş görmək üçün güclü iradəmiz davamlı əməkdaşlıqlara yol açacaq. TÜBİTAK olaraq təcrübələrimizi bölüşməyə hazırıq”, - deyə Aydın qeyd edib.
Sevinc Əliyeva
Ordu.az