Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Nazirlikdən bildirilib ki, Hərbi Hava Qüvvələri (HHQ) Komandanlığının ehtiyaclarına uyğun olaraq inventarın şaxələndirilməsi istiqamətində işlər davam etdirilir.
Türkiyə Milli Müdafiə Nazirliyinin mənbələri mövzu ilə bağlı sualları belə cavablandırıblar:
“HHQ Komandanlığımızın ehtiyaclarına uyğun olaraq, qabaqcıl texnologiya ilə təchiz edilmiş müasir döyüş təyyarələrinin inventara daxil edilməsi və inventarın şaxələndirilməsi istiqamətində səylərimiz milli təyyarəmiz “Kaan” xidmətə daxil olana qədər davam edir.
Bu çərçivədə “Eurofighter Typhoon” təyyarəsinin satın alınması üçün hazırlanmış Tələblərin Tərifi Sənədi Böyük Britaniya Müdafiə Nazirliyinə və “BAE Systems” şirkətinə göndərilib. Müvafiq şirkətin qiymət təklifi gözlənilir”.
Sevinc Əliyeva
Ordu.az