Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Mövzu ilə tanış olan mənbələrin məlumatına görə, gələn həftə “Leonardo” və “Baykar” arasında anlaşma memorandumunun imzalanması gözlənilir.
“Financial Times”ın məlumatına görə, saziş Avropanın Pilotsuz Uçuş Aparatı (PUA) istehsal gücünü əhəmiyyətli dərəcədə artıra biləcək birgə müəssisə üçün çərçivəni müəyyən edəcək.
“Leonardo” Böyük Britaniyanın “BAE Systems” və Yaponiyanın JAIEC şirkətləri ilə birlikdə altıncı nəsil döyüş təyyarəsi GCAP proqramında iştirak edir. GCAP gələcək döyüş təyyarələrinin inkişafı üçün kritik əhəmiyyət kəsb edən layihələrdən biri kimi qiymətləndirilir.
Oktyabr ayında “Mitsubishi” və “BAE Systems” GCAP proqramına inteqrasiya oluna bilən PUA modellərini təqdim edib. “Baykar”ın “Leonardo” ilə ortaqlığı bu platformalara inteqrasiya oluna bilən yüksək texnologiyalı PUA-ların hazırlanmasına imkan yarada bilər.
Sevinc Əliyeva
Ordu.az