Ordu.az xəbər verir ki, raketin buraxılışı Amerika Kosmik Qüvvələrinin Floridadakı Kanaveral bazasında Bakı vaxtı ilə bu gün 08:34-də baş tutub.
Təxminən bir saatdan sonra peyklər daşıyıcının ikinci pilləsindən ayrılaraq orbitə çıxıblar.
Qeyd edək ki, 2019-cu ilin may ayından bəri “Space X” şirkəti “Starlink” internet layihəsi üzrə orbitə 8 mindən çox süni peyk buraxıb. Onların bir hissəsi sıradan çıxıb və ya orbitdən uzaqlaşıb. Hazırda 7,1 min aparatın orbitdə işlək vəziyyətdə olduğu deyilir.
Ordu.az