Koşta: "Aİ Türkiyə ilə əlaqələrin möhkəmlənməsini gözləyir"

2025/02/1740670215.jpg
Oxunub: 480     19:20     27 Fevral 2025    
Avropa İttifaqı Türkiyə ilə əlaqələrin möhkəmlənməsini gözləyir.

Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında deyib.

Qeyd olunub ki, Türkiyə Aİ-nin strateji tərəfdaşı, təşkilata üzvlüyə namizəd ölkədir.

"Bu çətin dövrlərdə Türkiyənin qlobal və regional aktor kimi rolunu yüksək qiymətləndiririk. Ukraynada davamlı sülhü təmin etmək, Suriyada demokratik keçidi dəstəkləmək üçün Türkiyə ilə sıx əməkdaşlıq etməyə çalışırıq", - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koşta     Türkiyə  


Bizi "telegram"da izləyin