Ordu.az xəbər verir ki, Türkiyənin müdafiə sənayesinin lider şirkəti olan “CANiK” beynəlxalq satış və tanıtım fəaliyyətləri çərçivəsində Avropaya üz tutur.
Qrup şirkətləri 2025-ci ildə Avropanın ən mühüm sərgiləri olan ENFORCE TAC və IWA-da iştirak edib, yüksək texnologiya ilə cari ehtiyaclara gətirilən ən innovativ həlləri ziyarətçilərə təqdim ediblər.
“CANiK”, “AEI Systems”, UNIROBOTICS və “MECANiK” markaları ilə fərq yaratmağa davam edən SYS Qrup müdafiə və odlu silahlar sahəsində iddiasını və bu tədbirlərdə Avropa bazarındakı varlığını daha da gücləndirib.
Qeyd edək ki, ENFORCE TAC 2025 təhlükəsizlik, müdafiə və innovasiya üzrə sənaye sammiti fevralın 24-26-da Almaniyanın Nürnberq şəhərində keçirilib.
Sevinc Əliyeva
Ordu.az