Ordu.az xəbər verir ki, bu barədə şirkətin verdiyi açıqlamada qeyd edilib.
Açıqlamaya görə, quru platformaları məhsul qrupu ixracatçısı “Koç Topluluğu” şirkətlərindən biri olan “Otokar” Türkiyə müdafiə sənayesini beynəlxalq arenada təmsil etməyə davam edir.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə fevralın 21-dək davam edəcək sərgidə dünyanın 40-dan çox ölkəsində 33 mindən çox hərbi vasitəsi aktiv xidmətdə olan “Otokar” quru sistemlərindəki məhsul və imkanlarını təqdim edir.
Əbu-Dabi Milli Sərgi Mərkəzindəki (ADNEC) “Otokar” stendində “Cobra II” 4×4 taktiki təkərli zirehli vasitəsi 12,7 millimetrlik (mm) qüllə ilə, “Arma” 6x6 zirehli döyüş vasitəsi 25 mm-lik nizə qüllə sistemi ilə, “Arma” 8x8 və “Arma II” 8x8 zirehli döyüş vasitələri 30 mm-lik nizə qüllə sistemi ilə, “Tulpar” modulyar zirehli tırtıllı vasitəsi isə 120 mm-lik “HITFACT MkII Leonardo” qülləsi ilə yer alır.
Sərgidə ilk dəfə olaraq “EDGE Group” və “Otokar”ın birgə təşəbbüsü olan “Al Jasoor” şirkətinin stendində RABDAN 8x8 zirehli xilasetmə vasitəsi ziyarətçilərə təqdim olunub.
Sevinc Əliyeva
Ordu.az